logo

Daha 21 şagird koronovirusa yoluxdu

15:10 14-10-2020 | icon 280
Daha 21 şagird koronovirusa yoluxdu

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, 15 şagirdin, işçi heyətdən 2 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 21 şagird, işçi heyətdən 12 nəfər isə koronavirusa yoluxub. Bir məktəbdə əyani təhsil bərpa olunub. 7 məktəbdə və 3 sinifdə dərslər təhsilin distant formasına keçirilib.

Xatırladaq ki, respublika üzrə 30 məktəbdə və 55 sinifdə koronavirusa yoluxma hallarına görə distant təhsilə keçid olunub.