logo

Ermənilərin atdığı top mərmisi Tərtər sakinin həyatına son qoydu

11:09 14-10-2020 | icon 1638
Ermənilərin atdığı top mərmisi Tərtər sakinin həyatına son qoydu

Oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, oktyabrın 14-də səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 09 radələrində Tərtər rayonunun Narlı qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olub, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.