logo

"Paris Qarabağ münaqişəsində neytrallıq nümayiş etdirməlidir"-XİN

10:57 14-10-2020 | icon 1904
"Paris Qarabağ münaqişəsində neytrallıq nümayiş etdirməlidir"-XİN

Fransanın xarici işlər naziri Jan-İv Le Drian parlamentin aşağı palatasında - Milli Məclisdə çıxış edərkən bildirib ki, Paris  Dağlıq Qarabağdakı münaqişə ilə əlaqədar neytrallıq nümayiş etdirməlidir.

 YeniAvropa xəbər verir ki, məlumatı “Anadolu”  agentliyi yayıb.

"ATƏT - in bizə, eləcə də Rusiya və ABŞ-a 1994-cü ildə verdiyi mandata əsasən, Fransa bitərəfliyi qorumağa borcludur", - deyə Le Drian deputatların Dağlıq Qarabağ münaqişəsində "Ermənistanın tərəfini tutmaq" çağırışlarına cavab verərkən vurğulayıb.

0-1-7

Fransalı nazir, münaqişədə tərəflərdən birini dəstəkləyəcəyi təqdirdə, Parisin legitim vasitəçi statusunu itirəcəyini bildirib.

Nazir Parisin Ermənistanla "ikitərəfli sıx  əlaqələr" saxladığını bildirərkən,  "Azərbaycanla da uzun müddətdir münasibətləri olduğunu" qeyd edib.