logo

Mövlud Cavuşoğlu Ceyhun Bayramova zəng etdi

20:55 13-10-2020 | icon 1729
Mövlud Cavuşoğlu Ceyhun Bayramova zəng etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb. 

YeniAvropa xəbər verir ki, bu barədə  Türkiyə XİN-i məlumat yayıb. Məlumatda qeyd edilib ki, telefon danışığı zamanı tərəflər Qarabağ ətrafındakı son proseslər müzakirə ediblər. Nazirlər bu istiqamətdə apardıqları danışıqlar və görülən işlərlə bağlı bir-birilərini məlumatlandırıblar.

Xatırladaq ki, bundan əvvəl Türkiyə xarici işlər naziri bəyan etmişdi ki, beynəlxalq ictimaiyyət Qarabağda atəşkəsə çağırmaqla yanaşı Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə də çağırmalıdır. Əks halda atəşkəs çağırışları səmimi görünməyəcək. Çavuşoğlu Türkiyənin Azərbaycana dəstəyini bir daha ifadə edib, həm sahədə (yəni döyüş meydanında), həm diplomatiyada Azərbaycanın yanında olacağını vurğulayıb.