logo

"Qarabağı terrorçu Ermənistanın başına vura-vura geri almaq lazımdır"

18:28 13-10-2020 | icon 1610
"Qarabağı terrorçu Ermənistanın başına vura-vura geri almaq lazımdır"

Türkiyənin Miliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelı Ermənistanın Azərbaycana yönələn terror hücumunu pisləyib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, D.Bahçelı Ermənistanın mülki əhalini hədəf almasının insanlığa qarşı cinayət olduğunu deyib: «Qarabağda erməni vəhşiliyi davam edir. Atəşkəs təklifi tələdir. Dağlıq Qarabağı terrorçu Ermənistanın başına vura-vura geri almaq lazımdır».

Partiya lideri deyib ki, Ermənistanın törətdiyi vəhşiliklərdən biri Xocalı soyqırımıdır. Beynəlxalq qətnamələrə baxmayaraq Azərbaycanın haqlı davasında beynəlxalq ictimaiyyət ikili standartları davam etdirir.