logo

Türkiyədə 44 nəfər əsaxta içkidən zəhərlənərək ölüb

13:48 13-10-2020 | icon 287
Türkiyədə 44 nəfər əsaxta içkidən zəhərlənərək ölüb

Türkiyənin səkkiz vilayətində saxta içkidən zəhərlənərək ölənlərin sayı 44-ə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölüm faktları ölkənin İzmir, Kırıkkale, Mərsin, Muğla, Aydın, İstanbul, Trabzon və Karabük vilayətlərində qeydə alınıb.

Ölkədə saxta içki zəhərlənməsi ilə xəstəxanalara müraciət edənlərdən 30 nəfərin müalicəsi davam edir. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

Faktla bağlı başlanan araşdırmalar nəticəsində Mərsində 3, İzmirdə 12, İstanbulda 3 nəfər saxlanılıb, 20 tondan artıq saxta içki aşkar edilib. Araşdırmalar davam edir.