Sahibə Qafarova Valentina Matviyenkoya erməni vəhşilindən danışıb
Oktyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, Sahibə Qafarova bölgədəki son gərginlik, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə Federasiya Şurasının sədrinə məlumat verib.
Bildirilib ki, oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb və bu hücum nəticəsində 10 mülki şəxs həlak olub, o cümlədən aralarında azyaşlı uşaqlar da olmaqla, 30-dan çox vətəndaşımız yaralanıb. Vurğulanıb ki, Ermənistanın mülki əhalini və mülki obyektləri hədəfə alan bu hücumları müharibə cinayətidir, beynəlxalq hüququn, o cümlədən 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir.
Oktyabrın 10-da Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunmasından sonra da Ermənistan tərəfinin mülki şəxsləri və mülki obyektləri qəsdən atəşə tutması Federasiya Şurasının sədrinin diqqətinə çatdırılıb.
Milli Məclisin sədri Ermənistanın Gəncə ilə yanaşı, sənaye infrastrukturunun və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini və digər yaşayış məntəqələrini də ağır artilleriya, həmçinin raket atəşinə tutduğunu qeyd edib.
Sahibə Qafarova hazırda regionda yaranmış gərgin vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya şurasının Sədri Valentina Matviyenko yaranmış vəziyyətdən narahatlığını bildirib və atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir