logo

Xəzər dənizində zəlzələ olub

16:23 12-10-2020 | icon 294
Xəzər dənizində zəlzələ olub

Oktyabrın 12-də Xəzər dənizində maqnitudası 4,9 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:47-də qeydə alınıb.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.