logo

ANAMA: Ermənistan Gəncəni “Elbrus” raketi ilə vurub

14:53 12-10-2020 | icon 2520
ANAMA: Ermənistan Gəncəni “Elbrus” raketi ilə vurub

Gəncəyə atılan raketin bir hissəsinin qalıqları Mingəçevirdə dağlıq əraziyə düşüb. Bu gün həmin raketin ən son qalıqları tapılıb.

YeniAvropa xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

“Raketin qalıqlarının üzərində 8K-14 yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir. Dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır”, - deyə o qeyd edib.