logo

Düşmənin  daha 3 pilotsuz uçuş aparatı məhv edilib

10:48 12-10-2020 | icon 266
Düşmənin  daha 3 pilotsuz uçuş aparatı məhv edilib

Oktyabrın 12-nə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 pilotsuz uçuş aparatı (PUA) vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, oktyabrın 12-də saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində düşmənin daha bir PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.