logo

MN: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir

10:29 12-10-2020 | icon 1799
MN: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruda daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

YeniAvropa  xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.

Xatırladırıq ki, Hadrut qəsəbəsi hələ bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.