logo

Emoməli Rəhmon beşinci dəfə Tacikistan prezidenti seçilib

10:12 12-10-2020 | icon 273
Emoməli Rəhmon beşinci dəfə Tacikistan prezidenti seçilib

Oktyabrın 11-də Tacikistanda keçirilən növbəti prezident seçkilərinin ilkin nəticələri elan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Tacikistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Emoməli Rəhmon seçicilərin 90,92 faiz səsini alaraq beşinci dəfə ölkə Prezidenti seçilib.

Seçkilərdə hazırki prezident Emoməli Rəhmonla yanaşı, daha dörd namizəd mübarizə aparıb.

Qeyd edək ki, Tacikistan qanunlarına görə, prezident 7 il müddətinə seçilir.

Xatırladaq ki, Emoməli Rəhmon 1994-cü il noyabrın 16-dan Tacikistana rəhbərlik edir.

Seçkilərdə müşahidəçi kimi Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov da iştirak edib.