logo

Hikmət Hacıyev:Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir

09:55 11-10-2020 | icon 1778
Hikmət Hacıyev:Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir

Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Hikmət Hacıyev, həmçinin bildirib ki, hazırda ən azı 7 mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.