logo

Ceyhun Bayramov:Hərbi əməliyyatların bərpası riski hər zaman mövcuddur

17:51 10-10-2020 | icon 273
Ceyhun Bayramov:Hərbi əməliyyatların bərpası riski hər zaman mövcuddur

Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və bununla bağlı real addımlar atılmalıdır.

 YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 10-da keçirilən mətbuat konfransında söyləyib.

Nazir bildirib: “Hesab edirəm ki, Ermənistan tərəfindən imitasiya prosesi həyata keçirilərsə, ciddi addımlar atılmazsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur. Hazırda Ermənistan Moskvada imzalanan sənədin tələblərinə məhəl qoymur və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam edir”.

Fransanın münaqişə ilə bağlı mövqeyinə münasibət bildirən nazir vurğulayıb: “Azərbaycan tərəfi Fransanın birtərəfli, qərəzli şəkildə Ermənistanı dəstəkləməsinə öz mövqeyini bildirib. Bu kimi hallara mövqeyimizi bildirməli, dialoqdan qaçmamalıyıq. Ədalətli sözü çatdırmaq nə qədər çətin olsa da, buna nail olmaq mümkündür”.

Rusiyanın mövqeyinə gəlincə, xarici işlər naziri qeyd edib ki, Rusiya Azərbaycana qonşu ölkədir. “Rusiya ilə strateji münasibətlərimiz var. Son 10 gün ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi olduq, neytral mövqe qorunub saxlanıldı. Rusiya münaqişənin qısa müddətdə dayandırılması çağırışları edir və biz bunu normal qarşılayırıq”, - deyə o, bildirib.