logo

Hikmət Hacıyev: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

15:55 10-10-2020 | icon 1722
Hikmət Hacıyev: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir. Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Minsk qrupunun həmsədrliyi və digər vasitəçilərin iştirakı ilə müvəqqəti atəşkəslə bağlı qəbul edilmiş bəyanatdan sonra da təmas xətti boyunca ermənilərin Azərbaycan silahlı Qüvvələrinin mövqelərinə və mülki azərbaycanlılarına qarşı hücumları davam etməkdədir.

 YeniAvropa xəbər verir ki, bu fikirləri Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən mətbuat konfransında bildirib.

Prezidentin köməkçisi deyib: “Bu, açıq şəkildə onu göstərir ki, Ermənistan tam şəkildə riyakar siyasət həyata keçirməkdədir və humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir”.