logo

Azərbaycanda daha 233 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

15:30 10-10-2020 | icon 1974
Azərbaycanda daha 233 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, daha 106 nəfər sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 41 min 752 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib. Aktiv xəstə sayı 1909 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 169 min 656 test aparılıb. Bugünkü test sayı isə 7594-dür.