logo

Azərbaycanda daha 215 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:28 09-10-2020 | icon 301
Azərbaycanda daha 215 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, daha 117 nəfər sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 41 min 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib. Aktiv xəstə sayı 1785 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 162 min 62 test aparılıb. Bugünkü test sayı isə 5124-dür.