logo

Prezidentin köməkçisi: "Biz status-kvonu artıq dəyişdik"

14:13 09-10-2020 | icon 1911
Prezidentin köməkçisi: "Biz status-kvonu artıq dəyişdik"

“Biz status-kvonu artıq dəyişdik. Ermənistanın işğalına əsaslanan bir status-kvo var idi”.

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı başlatdığı təcavüzə cavab olaraq həyata keçirilən tədbirlərdə hər kəs tərəfindən qeyri-məqbul hesab olunan, amma sürməkdə davam edən status-kvo artıq dəyişib.