logo

Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

11:49 09-10-2020 | icon 1519
Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, son günlərdə COVID-19-a yoluxanların sayının artması nəzərə alınaraq oktyabrın 10-11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə həmin tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.