logo

Putin Azərbaycan və Ermənistan XİN başçılarını bu gün Moskvaya dəvət edib

10:51 09-10-2020 | icon 2086
Putin Azərbaycan və Ermənistan XİN başçılarını bu gün Moskvaya dəvət edib
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya oktyabrın 12-ə nəzərdə tutulan səfərləri bugünə dəyişdirilib.
 
YeniAvropa xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.  Kreml-ə istinadən yayılan məlumatda  Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan tərəfinə müqaciət edərək cəbhə bölgəsində ölülərin cəsədlərinin yığılması və əsirlərin dəyişdirilməsi məqsədilə atəşkəs təklifini irəli sürdüyü bildirilir(https://www.bbc.com/turkce/haberler-dunya-54473058). 
 
Məsələyə münasibət bildirən ADR hərəkatının sədri Qubad İbadoğlunun fikrincə, böyük ehtimalla nazirlər Rusiya XİN-inin vasitəçiliyi ilə Vladimir Putinin humanıtar səbəblərdən, həlak olanların meyitlərini və əsirlərin dəyişdirilməsi məqsədi ilə hərbi hərəkətləri dayandırmaq çağırışlarını müzakirə edəcəklər.
"Hesab edirəm ki, bu müharibəni dayandırmaq deyil, ona qısa fasilə vermək çağırışıdır. Görünür ki, bu xahişi telefon danışıqları zamanı Putinə Paşinyan edib və Putini müharibəni dayandırmağa razı sala bilməyən Paşinyan heç olmazsa bizə aman versinlər cəsədləri yığışdıraq razılığını alıb",-deyə Qubad İbadoğlu bildirib.