logo

MN:Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur

16:10 08-10-2020 | icon 1820
MN:Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur

Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililəri və abidələri hədəfə almır.