logo

Xəlil Rza Ulutürkün nəvəsi də Qarabağda şəhid oldu

15:49 08-10-2020 | icon 6181
Xəlil Rza Ulutürkün nəvəsi də Qarabağda şəhid oldu

Azərbaycanın xalq şairi, Milli azadlıq hərəkatının öncüllərindən biri olan Xəlil Rza Ulutürkün nəvəsi də Qarabağın erməni işğalçılarından təmizlənməsi uğrunda gedən döyüşlərdə  şəhid olub.

 YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunub ki, Turqut Xəlilbəyli yaralı əsgəri döyüş meydanından çıxararkən qəhramancasına şəhid olub.

Qeyd edək ki, Turqut Xəlilbəyli Dağlıq Qarabağın azadlığı uğrunda hazırda gedən döyüşlərdə şəhid olan ilk həkimimizdir. 

Xatırladaq ki, şairin oğlu-Təbriz  Xəlil Rza oğlu Xəlilbəyli də 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Ona Azərbaycanın Milli Qəhramanı adı verilib.

Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu -  Fotolar
Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu -  Fotolar