logo

Azərbaycan Yunanıstandakı səfirini Bakıya çağırdı

14:58 08-10-2020 | icon 1967
Azərbaycan Yunanıstandakı səfirini Bakıya çağırdı

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycana qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, bunun ardınca, Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb.