logo

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

15:33 08-10-2020 | icon 329
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 191 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAvropa-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 41 min 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 12 nəfər müalicə olunaraq sağalıb, 603 nəfər vəfat edib. Aktiv xəstə sayı 1689 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 156 min 938 test aparılıb. Bugünkü test sayı isə 6280-dir.