logo

Ermənistan Milli Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edildi

14:11 08-10-2020 | icon 2065
Ermənistan Milli Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edildi

Ermənistan prezidenti Armen Sarkisyan sərəncamı ilə Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edilib.

YeniAvropa yerli KİV-ə istinadən bildirir ki, bu gündən etibarən Mikael Ambarçumyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edəcək.

Xatırladaq ki, Azərbaycana qarşı işğalçılıq müharibəsində ağır məğlubiyyətə uğrayan Nikol Paşinyan buna səbəb kimi , Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kyaramyanın tutduğu vəzifəsindən azad edilməsinə dair prezident Armen Sarkisyan qarşısında məsələ qaldırıb. Və prezident imzaladığı sərəncamla ötən ilin aprelində bu vəzifəyə təyin etdiyi Arqişti Kyaramyanı MTX-nın rəhbərliyindən azad edilib.

Qeyd edək ki, polkovnik Mikael Ambarçumyan uzun illər Ermənistan MTX-də istintaq departamentinə rəhbərlik edib. Bu ilin avqustundan isə MTX direktorunun müavini vəzifəsinə təyin edilib. 0-2-4