logo

İranda  daha 239 nəfər  koronavirusdan ölüb

10:10 08-10-2020 | icon 287
İranda  daha 239 nəfər  koronavirusdan ölüb

Son sutka ərzində İranda 4 min 19 nəfər koronavirusa yoluxub, 239 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 483 min 844 nəfər, ölənlərin sayı isə 27 min 658-ə çatıb.

Müalicəsi davam edən 4 min 274 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 397 min 109 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Tehran daxil olmaqla, İranın 14 vilayəti hələ də qırmızı zonaya daxildirlər.