logo

Özünü satıcı kimi təqdim edən erməni qadın əslində kimdir?

09:19 08-10-2020 | icon 3017
Özünü satıcı kimi təqdim edən erməni qadın əslində kimdir?

Döyüş bölgəsindən təxliyə olunaraq Bakıya gətirilən və özünü mağaza satıcısı kimi təqdim edən Ermənistan vətəndaşı Aznif Baqdasaryanın əsl kimliyi üzə çıxıb.

 YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.  

Erməni qadının sosial şəbəkə hesabından belə bəlli olub ki, əslində o, cəbhə şölgəsində hərbçi-tibbi baçısı kimi xidmət edirmiş. Onun "Facebook" profilindəki hərbi geyimdə olan şəkilləri bunu deməyə əsas verir.

Qeyd edək ki, oktyabrın 7-də döyüş bölgəsindən təxliyə olunaraq Bakıya gətirilən Aznif Baqdasaryan zavallı qadın kimi mətbuatın qarşısına çıxmışdı.

“Bomba zərbəsi zamanı huşumu itirmişdim, ayılanda gördüm ki, təkcəyəm, heç kim qalmayıb. Üç sutka ərzində mağazada kimsəsiz, tək qaldım. Məni hər zaman qorxudurdular ki, azərbaycanlıların əlinə düşsəm, öldürüləcəyəm. Ona görə qorxurdum. Ancaq tam əksinə oldu, mənimlə çox yaxşı rəftar etdilər” – A.Baqdasaryan mətbuat konfransında bildirmişdi.

Azərbaycanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davranıldığını söyləyən erməni qadın daha sonra əlavə etmişdi:“Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.

Aşağıda bu hiyləgər erməninin Facebook profili təqdim olunur. Onun şəkillərinə baxmaqla əsl kimliyini ayırd etmək çətin deyil.

https://www.facebook.com/profile.php?id=100009590421690

 

Özünü satıcı kimi təqdim edən erməni qadın görün kim imiş - Fotolar
Özünü satıcı kimi təqdim edən erməni qadın görün kim imiş - Fotolar
Özünü satıcı kimi təqdim edən erməni qadın görün kim imiş - Fotolar