logo

Sergey Şoyqu Ermənistan və Azərbaycanın müdafiə nazirlərinə zəng etdi

23:49 07-10-2020 | icon 1953
Sergey Şoyqu Ermənistan və Azərbaycanın müdafiə nazirlərinə zəng etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan və Azərbaycanın müdafiə nazirləri ilə telefon danışığı aparıb.

 YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Bildirilib ki,  nazirlər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

"Oktyabrın 7-si axşam saatlarında Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu həmkarları David Tonoyan və Zakir Həsənovla telefonla danışıqlar aparıb", - deyə məlumatda bildirilib.