logo

Ceyhun Bayramov Cenevrəyə həmsədrlərlə görüşə gedir

20:13 07-10-2020 | icon 1561
Ceyhun Bayramov Cenevrəyə həmsədrlərlə görüşə gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 8 oktyabr 2020-ci il tarixində Cenevrəyə işgüzar səfərə yola düşəcək.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfərin məqsədi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.