Baş nazir Əli Əsədov əhaliyə müraciət etdi
Azərbaycanın baş naziri Əli Əsədov oktyabrın 7-də əhaliyə müraciət edib.
YeniAvropa xəbər verir ki, müraciətdə deyilir:
“Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata əl atıb. Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Bu təcavüzə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Sentyabrın 28-dən başlayaraq ölkənin bir neçə regionunda hərbi vəziyyət və komendant saatı elan edilib.
Düşmən qadağan edilmiş üsullardan istifadə edərək müharibə cinayətlərinə əl atır, dinc əhalini hədəfə alır, münaqişə zonasından uzaq olan şəhər və rayonlarımızı raket atəşinə tutur.
Buna baxmayaraq, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu uğurla irəliyə gedir. Şanlı Ordumuzun apardığı əməliyyatlar nəticəsində işğal altındakı torpaqlarımızın azad olunmasına başlanıb.
Bütün Azərbaycan xalqı Ordumuza dəstək nümayiş etdirir və bu uğurlara sevinir. Biz hamımız, bütün Azərbaycan xalqı prezident, Ali Baş Komandanın ətrafında sıx birləşmişik və işğal olunan torpaqlarımızın azad ediləcəyinə tam əminik.
Xalqımız cəbhədən gələn qələbə xəbərlərini çox böyük coşqu və fərəh hissi ilə qarşılayır, şanlı Ordumuza dəstək vermək, sevinclərini bir-biriləri ilə bölüşmək üçün insanlar bir yerə toplaşırlar. Təbii ki, bu, başadüşüləndir.
Operativ Qərargah adından vətəndaşlarımıza müraciət edərək bildirirəm ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi davam edir.
Vətəndaşlarımız arasındakı emosional ruh yüksəkliyi təmasların artması ilə müşayiət olunur ki, bu da davam edən koronavirus xəstəliyi fonunda insanların sağlamlığına böyük təhlükələr yarada bilər. Məlum olduğu kimi, Azərbaycanla qonşu olan, həmçinin dünyanın digər ölkələrində xəstəlik sürətlə yayılmaqdadır və ekspertlər bunu hətta ikinci dalğanın başlaması kimi qiymətləndirirlər. Bu, bizi daha ehtiyatlı olmağa sövq edir.
İndiyədək vətəndaşlarımız xüsusi karantin qaydalarına ciddi şəkildə riayət ediblər və bunun nəticəsində hazırda xəstəlik nəzarət altındadır. İndiyə qədər pandemiya ilə mübarizədə qazandığımız nailiyyətləri itirməmək üçün karantin rejiminin qaydalarına əməl olunması zəruridir. Eyni zamanda, dövlətimiz, xalqımız və milli təhlükəsizliyimiz üçün belə bir mürəkkəb dövrdə karantin qaydalarına əməl olunması virusla mübarizədən daha böyük əhəmiyyətə malikdir. Bu işdə hər bir vətəndaşımızın töhfəsi təqdirəlayiqdir.
Bununla belə xəstəliyin yayılmasına, karantin rejiminin qaydalarının pozulmasına məsul olan şəxslər və mülkiyyət formasından asılı olmayaraq müəssisə sahiblərinin nəzərinə çatdırırıq ki, karantin rejiminin tələblərinə riayət edilmədiyi hallarda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Bununla əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və onlar nəzarət tədbirlərini daha sərt və ciddi şəkildə davam etdirməlidirlər.
Belə mürəkkəb dövrdə torpaqlarımızın azad olunması uğrunda göstərdiyimiz birlik, vətəndaş həmrəyliyi və intizamın görünməz düşmən olan koronavirus xəstəliyi ilə mübarizədə də göstərilməsi olduqca vacibdir.
Odur ki, hər bir vətəndaşa müraciət edərək karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə, bununla da bütün gücümüzü işğalçı düşmənlə mübarizə üçün səfərbər etməyə çağırırıq”.
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq