logo

İlham Əliyev Küveyt əmirini təbrik etdi

16:17 07-10-2020 | icon 1526
İlham Əliyev Küveyt əmirini təbrik etdi

Prezident İlham Əliyev oktyabrın 7-də Küveyt dövlətinin əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Əlahəzrət,

Küveyt dövlətinin əmiri kimi taxta çıxmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".