logo

Kreml Ermənistana "YOX!" dedi-KTMT-in öhdəlikləri Qarabağa şamil edilmir!

15:45 07-10-2020 | icon 1680
Kreml Ermənistana "YOX!" dedi-KTMT-in öhdəlikləri Qarabağa şamil edilmir!

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öhdəlikləri Ermənistandan fərqli olaraq, Qarabağa şamil edilmir.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə müsahibəsində deyib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin xatırladıb ki, Ermənistan KTMT-nin üzvüdür və Rusiyanın ölkə qarşısında müəyyən öhdəlikləri var.

"Bu, təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklərdir. Yəni əgər KTMT-yə üzv olan ölkə hansısa təcavüzə, xaricdən hücuma məruz qalırsa, onda müqavilənin iştirakçısı olan ölkələr belə bir dövlətin müdafiəsinə qalxmağa öhdəlik daşıyırlar", - deyə jurnalistin suallarına cavab verən D.Peskov vurğulayıb.

Rusiyanın Dağlıq Qarabağda münaqişə zonasına hansı hallarda hərbçi göndərməyə hazır olduğundan danışarkən Rusiya prezidentin mətbuat katibi qeyd edib ki, bu, "öhdəlikdən irəli gəlir".

"İndiki halda söhbət Ermənistandan gedir. Prezident bu iki məsələni dəqiq izah edib və bir-birindən ayırıb. KTMT üzrə öhdəliklər Qarabağa şamil edilmir", - deyə D.Peskov vurğulayıb.