logo

2020-ci ilin sentyabr ayı tarixində ən isti sentyabr hesab edilib

14:20 07-10-2020 | icon 294
2020-ci ilin sentyabr ayı tarixində ən isti sentyabr hesab edilib

“Copernicus Climate Change Service” (CCCS) Avropa Peyk Müşahidələri Rəsədxanasının məlumatına görə, 2020-ci ilin sentyabrı meteomüşahidələr tarixində Avropada və bütün planetdə ən isti sentyabr hesab edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,alimlərin məlumatına əsasən, ötən ay orta temperatur bundan əvvəlki rekord göstərici hesab edilən 2019-cu ilin sentyabrı ilə müqayisədə 0,05 dərəcə isti olub.

Sibirin Arktik zonasında temperatur orta göstəriciləri keçib, Arktik buzun səviyyəsi isə peyk ölçmələri ərzində minimal göstəriciyə malik illərin siyahısında ikinci olub.