logo

Monteneqro-Azərbaycan matçını ispaniyalı hakimlər  idarə edəcək

12:59 07-10-2020 | icon 273
Monteneqro-Azərbaycan matçını ispaniyalı hakimlər  idarə edəcək

Futbol üzrə Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Monteneqro-Azərbaycan oyununun hakimləri bəlli olub.

YeniAvropa  AFFA-ya istinadla xəbər verir ki, oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rikardo de Burgos Bengoeçea olacaq. Ona Roberto del Palomar və Pau Cebrian Devis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xavier Estrada Fernandez yerinə yetirəcək.

Qeyd edək ki, Monteneqro-Azərbaycan oyunu oktyabrın 10-də Podqoritsa şəhərində keçiriləcək.