logo

Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısı

11:21 07-10-2020 | icon 1799
Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısı

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrindən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 27-dən oktyabrın 7-də saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 250-dək tank və digər zirehli texnika;

- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 60-dək hava hücumundan müdafiə vasitəsi;

- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 8 silah-sursat anbarı;

- 150-dək avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.