logo

Paşinyan: “Ermənistan güzəştə getməyə hazırdır”

21:20 06-10-2020 | icon 2009
Paşinyan: “Ermənistan güzəştə getməyə hazırdır”

"Əgər rəsmi Bakı da buna hazırdırsa,  Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır".  

 YeniAvropa xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 6-da  "France-Presse" agentliyinə verdiyi müsahibəsində səsləndirib. 

Paşinyan ənənəsinə sadiq qalaraq Türkiyəyə də iftira atmağı unutmayıb. Bildirib ki, əgər Türkiyənin aktiv iştirakı olmasaydı, Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamayacaqdı.

"Münaqişənin nizamlanması qarşılıqlı güzəştlər əsasında həyata keçirilməlidir. Azərbaycan tərəfi hazır olacağı təqdirdə, Ermənistan və Dağlıq Qarabağ da belə bir güzəştlərə hazırdır", - deyə Paşinyan vurğulayıb.

Erməni baş nazir müsahibəsində Rusiyanı da öz tərəfinə çəkməyi unutmayıb. 

 "Əgər vəziyyət bunu tələb edərsə, Rusiya Ermənistana hərbi yardım haqda müqavilə öhdəliklərini yerinə yetirməlidir. Əgər vəziyyət bunu tələb edəsə, Rusiya öz öhdəliklərini yerinə yetirəcəyinə əminəm",-deyə Paşinyan vurğulayıb.