UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməli olan Azərbaycan–Kipr oyunu Albaniyanın Tirana şəhərində təşkil olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə AFFA-dan bildirilib. Qeyd edilib ki, bununla bağlı AFFA ilə UEFA arasında danışıqlar aparılırdı. UEFA oyunun hansı ölkədə keçirilməsi ilə bağlı yekun qərarını oktyabrın 6-da açıqlayıb.