logo

DTX Qarabağda döyüşən kürd terrorçularının səsini yayıb

17:55 06-10-2020 | icon 1855
DTX Qarabağda döyüşən kürd terrorçularının səsini yayıb

Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.

Məlumatda ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqlarının ələ keçirildiyi qeyd olunub. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

DTX həmin materialları təqdim edib.