logo

Ceyhun Bayramov Azərbaycanın “qırmızı xətt”ni göstərdi

15:13 06-10-2020 | icon 1785
Ceyhun Bayramov Azərbaycanın “qırmızı xətt”ni göstərdi

 “Biz sona kimi erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması istiqamətində mübarizəmizi aparacağıq”.

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

XİN başçısı deyib ki, Ermənistan silahlı bölmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır və bu, Azərbaycan üçün qırmızı xətdir: “Biz bu istiqamətdə işlərimizi sona qədər aparacağıq”.