logo

Müdafiə Nazirliyində xüsusi xidməti müşavirə keçirilib

14:20 06-10-2020 | icon 259
Müdafiə Nazirliyində xüsusi xidməti müşavirə keçirilib

Oktyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  müşavirədə aparılan əks-hücum əməliyyatında mövcud vəziyyətin təhlili aparılıb. Düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl şəkildə darmadağın olunmasının davam etdirilməsi tapşırılıb.

General-polkovnik Zakir Həsənov qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verib.

Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.