logo

Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 

15:22 05-10-2020 | icon 1729
Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 

Azərbaycanda koronavirus infeksiyasından daha 91 nəfər sağalıb, 97 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib. Aktiv xəstə sayı 1603 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 140 min 194 test aparılıb. Bugünkü test sayı isə 3073-dür.