logo

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilir

11:56 05-10-2020 | icon 1624
Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilir

Oktyabrın 5-də Milli Məclisin Səhiyyə komitəsinin iclası öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, iclasda gündəliyinə 1 məsələ daxil edilib.

Komitə üzvləri "İnsan orqanı və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının (bundan sonra –orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorlarını, respiyentlərini, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.