logo

Azərbaycan Ordusunda qan ehtiyatı ilə bağlı heç bir problem yoxdur

10:44 05-10-2020 | icon 1631
Azərbaycan Ordusunda qan ehtiyatı ilə bağlı heç bir problem yoxdur

Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, Azərbaycan Ordusunda qan komponentlərinin ehtiyatı ilə bağlı heç bir problem yoxdur.

"Ordumuzun qan və qan komponentlərinə tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir. Hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur",-deyə  mətbuat xidmətindən bildirilib.