logo

“Bakcell”dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək

19:12 04-10-2020 | icon 2282
“Bakcell”dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək

"Bakcell" şirkəti cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 500 min manat vəsait ayırıb.

YeniAvropa xəbər verir ki, bu məbləğ "Bakcell" şirkətinin daxil olduğu “NEQSOL Holding” tərəfindən ayrılmış 1 milyon manat məbləğində ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.

""Bakcell" şirkətinin kollektivi vətən uğrunda qəhrəmancasına vuruşan xilaskar əsgərlərimiz qarşısında baş əyir və onlarla qürur duyduğunu bildirir.Sarsılmaz şücaətə malik hərbi qüvvələrimizin zəfər xəbərlərini səbirsizliklə gözləyirik. Qarabağ Azərbaycandır!",-deyə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.