logo

Kərəm Həsənovun bacısından 1 milyonun mənimsəyən falçı azadlıqda

18:10 25-09-2020 | icon 2149
Kərəm Həsənovun bacısından 1 milyonun mənimsəyən falçı azadlıqda

Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı Reyhan Ağarzayeva dələduzluğun qurbanı olması barədə məlumat vermişdik.  R.Ağayevaya 1 milyon manata yaxın maddi ziyan vurmuş Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

 YeniAvropa xəbər verir ki,fala baxmaq adı ilə xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şəfəq İsmiyeva ev dustaqlığına buraxılıb. 

“Baş Prokurorluğun qərarı əsasında yoldaşım həbsdə qaldı, hamilə olduğum üçün isə məni buraxdılar. İndi məhkəmələrə çöldən-çölə gedirəm. Təxminən 10 günə ana olmalıyam, ondan sonra bilmirəm, hökmə qədər çöldən-çölə məhkəmələrə gedib-gəlməyimə icazə veriləcək, yoxsa yox. Təbii ki, hökm veriləndən sonra həbs olunacağam. Ağır Cinayətlər Məhkəməsində açılış məhkəməsi oldu, amma bununla bağlı heç bir söz demədilər”,-deyə Şəfəq İsmiyeva bildirib.