logo

İranda daha 207 nəfər koronavirusdan öldü

17:57 25-09-2020 | icon 2513
İranda daha 207 nəfər koronavirusdan öldü

İranda son sutka ərzində koronavirusdan daha 207 nəfər dünyasını dəyişib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari məlumat verib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 25 min 222 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 3563 nəfər artaraq 439 min 882 -yə yüksəlib.

İranda indiyədək 369 min 842 koronavirus xəstəsi sağalıb, 4023 nəfərin vəziyyəti ağırdır.