logo

Daha 13 şagird koronavirusa yoluxdu

15:59 25-09-2020 | icon 2016
Daha 13 şagird koronavirusa yoluxdu

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı bugünkü məlumat açıqlanıb.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, sentyabrın 25-də 86 şagirdin, 3 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 13 şagird, 7 nəfər işçi heyət isə koronavirusa yoluxub. Virusa yoluxma hallarına görə 2 sinifdə tədris distant formaya keçirilib. Bununla da distant təhsilə keçirilən siniflərin sayı 11-ə çatıb.

Xatırladaq ki, respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsilin distant formasına keçirilib