Əli Həsənovu məhbəsə aparan yol...
Prezidentin sabiq köməkçisi Əli Həsənovun qəfildən "qeybə çəkilməsi" onun personasına olan marağı azaltmayıb. Hazırda qaldığı məkanı gizli saxlayan Həsənovun çoxillik məmur fəaliyyəti ən müxtəlif kontekstlərdən təftiş edilir. Müstəqil araşdırmalar zamanı ortaya çıxan faktlar sabiq məmurun təmiz reputasiyaya sahib olmadığını bir daha sübut edir.
YeniAvropa xatırladır ki, Əli Həsənov avqustun 19-da gecə səssiz-səmirsiz ölkəni tərk edərək Türkiyəyə gedib. Ertəsi gün mediaya onun səhhətində problemlərin olduğuna dair məlumatlar ötürüldü. Sabiq şöbə müdirinin Türkiyədə ürək-damar xəstəlikləri üzrə ixtisaslaşmış məşhur "Ersek” klinikasında müalicə olunduğu bildirildi. Aradan çox keçmədən onun özü də bu məlumatları təsdiqlədi. Sağlıq durumunun son dərəcə ağır olduğunu qabardan keçmiş müdir səhhətinin arxasında gizlənərək, qısa müddət də olsa siyasi ittihamların hədəfindən yayınmağı bacardı. Amma “Ersek” ürək-cərrahiyyə klinikası xəstələrin arasında Həsənov Əli Məhəmməd oğlu adlı pasiyentin olmadığını açıqlayandan sonra onun gizli niyyəti aşkara çıxdı. Məlum oldu ki, Əli Həsənov Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra qopacaq tozanaqda "boğulmamaq" üçün vaxtında aradan çıxmağı bacarıb.
Hazırda ən çox sual doğuran məsələlərdən biri Əli Həsənovun hansı səbəbdən "kölgəyə" çəkilməsidir. Ölkədə siyasi proseslərin sürətləndiyi bir vaxtda postunu itirəndən sonra hakimiyyətdən narazı qalan sabiq məmurun hər vəchlə səssziliyini qoruması diqqətdən kənarda qala bilməz. Həsənov bir vaxtlar ona hamilik etmiş Ramiz Mehdiyev kimi niyə ünvanına səslənən ittihamlara cavab vermir? Keçmiş köməkçinin susmasına səbəb nədir?
Apardığımız araşdırmalar zamanı Əli Həsənovun hakimiyyətdə bütün dayaqlardan məhrum olduğu bir daha təsdiqləndi. Keçmiş komanda yoldaşlarının dediyinə görə, hazırda o, iqtidar komandası üçün "arzuolunmaz adam" sayılır. Üstəlik, özünün iddia etdiyinin əksinə olaraq, hakimiyyətlə heç bir bağı qalmayıb.
Mənbə deyib ki, Əli Həsənov hakimiyyətdə təmsil olunanda da xüsusi çəki və nüfuz sahibi olmayıb. İntriqalara meylli olduğu üçün komanda yoldaşları həmişə onunla məsafə saxlamağa çalışıblar. Ayrı-ayrı məmurlarla bağlı mətbuata kompromat ötürməsi sabiq köməkçini nifrət obyektinə çevirib. Səlahiyyətlərinə xitam verildikdən sonra hansısa məmurun onunla əlaqə qurması qeyri-mümkün sayılır.
Məlumatlı şəxs "yenisabah.az"a Əli Həsənovun "yoxa çıxmasına" aydınlıq gətirib. Qeyd edib ki, sabiq köməkçinin əməllərində cinayət tərkibinin olduğu artıq heç kimə sirr deyil. İstintaq orqanlarının əlində təkzibedilməz sübutlar var. KİVDF-ylə bağlı araşdırmalar bu faktları daha da "zənginləşdirib". Fondun sabiq icraçı direktorunun istintaqa verdiyi ifadələr Həsənovun məhbəsə gedən yolunu xeyli qısaldıb. Ölkəyə dönəcəyi təqdirdə istntaqçıların "qonağı" olacağını yaxşı anlayan Həsənov çıxış yolunu xaricdə gizlənməkdə görür.
Qeyd edək ki, Əli Həsənovun İstanbuldan Dubaya getdiyinə dair məlumatlar da var. Onun Türkiyəni tərk etməsi istisna olunmur. Hətta Türkiyədən qaçsa belə qanunlardan qaçması mümkün olmayacaq...
AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır