logo

Azərbaycanda baş həkim koronavirusa yoluxdu

12:08 25-09-2020 | icon 1862
Azərbaycanda baş həkim koronavirusa yoluxdu

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi koronovirusa yoluxub.

YeniAvropa xəbər verir ki, xəstəxananın baş həkimi Xoşbəxt Ağayevanın koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə bağlı verdiyi test analizinin nəticəsi müsbət çıxıb.

X.Ağayeva xüsusi rejimli koronavirus xəstələri üçün ayrılmış Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun müalicələri davam etdirilir.

Qeyd edək ki, X.Ağayeva ötən ilin noyabr ayında Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.