logo

“Qarabağ”- “Legiya” oyununu Almaniyalı hakimlər idarə edəcək

11:30 25-09-2020 | icon 399
“Qarabağ”- “Legiya” oyununu Almaniyalı hakimlər idarə edəcək

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.

 YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisinin Polşanın “Legiya” klubu ilə keçirəcəyi görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Tobias Stielerə yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-də Polşadakı “Voyska Polskoqo” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.